“Leyptsiq” klubu müdafiəçisi Yoşko Qvardiolu satmaqda maraqlı deyil.
Sportarena.az xarici KİV-ə istinadən xəbər verir ki, Bundesliqa klubu xorvatiyalı futbolçunu 2024-cü ilə qədər komandada saxlamaq niyyətindədir.
Öncədən oyunçu ilə maraqlanan klubların arasında “Real”, “Liverpul” və “Mançester Siti”nin adı çəkilirdi.
Son dünya çempionatının bürünc medalçısı 2021-ci ilin yayından “Leyptsiq”də çıxış edir. Onun klubla müqaviləsi 2027-ci ilə qədər nəzərdə tutulub.
Qvardiol cari mövsümdə Almaniya klubunun heyətində bütün turnirlər daxil olmaqla 32 oyuna çıxıb və 3 qol vurub.