“Arsenal”ın yay üçün transfer hədəfi

19:26 30 Mart 2023

“Arsenal” yayda “Vest Hem”in yarımmüdafiəçisi Deklan Raysı transfer etməyi hədəfləyib.

 

Sportarena.az “Evening Standard”-a istinadən xəbər verir ki, klub rəhbərliyi “topçular”ın hazırkı uğurlu çıxışının və gələn mövsümdən UEFA Çempionlar Liqasına vəsiqə qazanmasının 24 yaşlı futbolçunun keçidinə müsbət təsir göstərəcəyini düşünür.

 

“Çəkicdöyənlər” Raysın transferindən mümkün qədər çox pul qazanmaq istəyir. Daha sonra onlar “Brayton”dan Moyses Kaysedonun, “Borussiya”dan (Dortmund) Çud Bellingemin və “Çelsi”dən Enzo Fernandesin keçidini rəsmiləşdirməyə çalışacaq.

 

Deklan Rays 2017-ci ilin yayından “Vest Hem”in əsas komandasının formasını geyinir. Onun klubla hazırkı müqaviləsi 2024-cü ilin iyununa qədərdir.

 

O, cari mövsümdə Premyer Liqa təmsilçisinin heyətində bütün turnirlər daxil olmaqla 34 oyuna çıxıb, 2 qol vurub və 4 məhsuldar ötürmə edib.


Digər xəbərlər

Xəbər xətti