Türkiyəli iş adamı Acun Ilıcalı Avropada daha bir futbol klubu almağı planlaşdırır.
Sportarena.az xəbər verir ki, o, İrlandiyanın "Şelburn" klubunu almaq üçün fəaliyyətə başlayıb. Tanınmış telejurnalist bir neçə gün öncə sözügedən komandanın ölkə çempionatı çərçivəsində "Sent Patriks"lə keçirdiyi oyunu stadionda izləyib.
"Şelburn" İrlandiya çempionatında 5-ci pillədə qərarlaşıb. Komandanı "Çelsi"nin sabiq futbolçusu Damien Daff çalışdırır.
Qeyd edək ki, Acun Ilıcalı İngiltərə Çempionşipdə mübarizə aparan "Hall Siti" klubunun da sahibidir.