Argentina millisinin hücumçusu Lionel Messi yığmadakı komanda yoldaşı Nikolas Otamendinin onun şəklini kürəyinə döymə etdirməsinə münasibət bildirib.
Sportarena.az xəbər verir ki, argentinalı hücumçu sosial şəbəkə hesabında belə yazıb:
“Mən özüm və dünya kuboku ilə bağlı çox təsiredici şeylər gördüm. Lakin dostum və komanda yoldaşım Otamendi xüsusi bir şeydən daha çox şey edib”.
Otamendi isə Messini “futbol tarixi” adlandıraraq, belə cavab verib:
“Gördüyün şeylər səninlə oynayarkən gördüklərimizlə müqayisədə heç bir şey deyil. Sən təkcə bütün ölkə deyilsən, sən futbol tarixisən. Səni sevirəm, dostum”.
Qeyd edək ki, Messi Qətərdəki dünya çempionatında Argentina millisində 7 oyun keçirib, 7 qol vurub və 3 məhsuldar ötürmə edib. Argentina yığması final matçında Fransaya qalib gələrək (3:3, penaltilərlə 4:2), DÇ-2022-nin qalibi olub. 35 yaşlı argentinalı hücumçu turnirin ən yaxşı oyunçusu seçilib.