“Turan Tovuz”un legioneri sıradan çıxdı

19:49 31 Mart 2023

Premyer Liqanın 28-ci turunda doğma meydanda “Sumqayıt”la qarşılaşan “Turan Tovuz” bu oyunda ciddi itki ilə üzləşib.

 

Sportarena.az xəbər verir ki, Tovuz klubunun gürcüstanlı yarımmüdafiəçisi Piruzi Marakvelidze zədələnib.

 

O, mübarizəni davam etdirə bilmədiyi üçün 42-ci dəqiqədə Turan Vəlizadə ilə əvəzlənib.

 

Xatırladaq ki, “Turan Tovuz” “Sumqayıt”la oyunda 2:3 hesablı məğlubiyyətə üzülüb.


Digər xəbərlər

Xəbər xətti