İslandiya milli komandasının baş məşqçisi Arnar Vidarsson istefaya göndərilib.
Sportarena.az xəbər verir ki, bu barədə İslandiya Futbol Assosiasiyasının rəsmi saytı məlumat yayıb. 45 yaşlı mütəxəssis 2020-ci ilin dekabr ayından milli komandanın baş məşqçisi idi.
İslandiya yığması onun rəhbərliyi ilə bir neçə gün əvvəl AÇ-2024-ün seçmə mərhələsində səfərdə Lixtenşteyni darmadağın edib – 7:0. Komanda bundan 3 gün əvvəl isə Bosniya və Herseqovina yığmasına 0:3 hesabı ilə uduzmuşdu.