Millinin futbolçusu cinsi təcavüzdə ittiham olunur

22:31 31 Mart 2023

İspaniyanın “Sevilya” klubunun və Argentina millisinin müdafiəçisi Qonsalo Montiel bir qrup şəxslə birlikdə zorlamada ittiham olunur.

 

Sportarena.az xəbər verir ki, bu barədə “Marca” məlumat yayıb.

 

Martın 30-da Argentinada ağırlaşdırılmış cinsi təcavüz iddiası ilə bağlı şikayət qeydə alınıb. Bəyanata görə, qanunsuz hərəkətlərdə mümkün müttəhimlərdən biri də Montieldir.

 

Qeyd olunur ki, hadisə 2019-cu il yanvarın 1-də, futbolçunun ad günündə, yaşadığı evdə baş verib. Zorakılığın qurbanı Montiellə münasibətdə olan yerli model olub. Vəkilin sözlərinə görə, o, Montielin anası da daxil olmaqla, oyunçunun ətrafı tərəfindən hədələr alıb.

 

Montiel 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatında Argentina millisinin qalib gəldiyi final matçı da daxil olmaqla dörd oyun keçirib.


Digər xəbərlər

Xəbər xətti