PSJ-nin futbolçusu Lionel Messinin yeni mövsüm üçün də Paris klubunda qalacağı böyük ölçüdə dəqiqləşib.
Sportarena.az xəbər verir ki, gələn mövsüm PSJ-də qalacaq Messi bundan sonra 2026-cı il dünya çempionatına daha yaxşı hazırlaşmaq üçün MLS klubuna keçəcək.
Daha əvvəl argentinalının “Barselona”ya qayıtmaq üçün maaşını azaltmağa hazır olduğu bildirilirdi.
Amma sonradan bəlli oldu ki, o, PSJ-də qalacaq və 2024-cü ildə “İnter Mayami”yə keçəcək.
35 yaşlı futbolçu 2026-cı ildə keçiriləcək dünya çempionatında iştirak etmək istədiyini millinin məşqçilər korpusuna bildirib.