Olimpiya çempionu 29 yaşında karyerasını başa vurub

11:33 1 Aprel 2023

Yaponiyalı qadın güləşçi, Rio-2016 Yay Olimpiya Oyunlarının qalibi Sara Dosyo (69 kq) peşəkar karyerasını başa vurub.

 

Sportarena.az Dünya Güləş Birliyinin rəsmi saytına istinadən xəbər verir ki, o, çiynindəki zədə səbəbindən 29 yaşında idmanla vidalaşıb.

 

Veteran güləşçi bundan sonra dövlət qulluğunda çalışacaq.

 

Qeyd edək ki, Sara Dosyo 2017-ci ildə böyüklər arasında dünya çempionu olub. O, 2014-cü ildəki mundialda gümüş, 2013 və 2015-ci ildəki analoji yarışlarda isə bürünc medal qazanıb.


Digər xəbərlər

Xəbər xətti