Almaniyalı mütəxəssis Yurgen Klopp “Liverpul”un yay transfer dövründəki planları haqda danışıb.
Sportarena.az “goal.com”-a istinadən xəbər verir ki, o, Mersisayd təmsilçisinin yay transfer pəncərəsində aktiv olacağını diqqətə çatdırıb:
“100 milyon funt-sterlinq dəyərində transfer? Bu haqda şərh verə bilməyəcəm. Lakin biz cari mövsümün sonunda müəyyən məbləğ xərcləyəcəyik. Bunu əminliklə deyirəm və təsdiq edirəm”.
Öncədən “Liverpul”un “Borussiya”dan (Dortmund) Çud Bellingem, “Çelsi”dən Meyson Maunt və “Vulverhempton”dan Mateus Nuneslə maraqlandığı bildirilirdi.