Azərbaycan cüdoçusu Səid Mollayi Türkiyənin Antalya şəhərində keçirilən “Böyük Dəbilqə” turnirində finala çıxıb.
Sportarena.az xəbər verir ki, 81 kq çəki dərəcəsində çıxış edən idmançı yarımfinalda Şarofiddin Boltaboyevi (Qazaxıstan) məğlub edib.
Mollayi “qızıl” uğrunda Mattias Kasse (Belçika) ilə qarşılaşacaq.
81 kq-dakı digər cüdoçu Zelim Tçkayev 1/8 finalda Alfa Umar Caloya (Fransa) uduzub.
73 kq-da Hidayət Heydərov yarımfinalda Manuel Lombardoya (İtaliya) məğlub olub. Eyni çəkidəki Nurlan Osmanov təsəlliverici qarşılaşmada Adil Osmanova (Moldova) qalib gələrək, bürünc medal uğrunda görüşdə məhz Heydərova rəqib olub.
Yarış aprelin 2-də sona çatacaq. İlk gündə Azərbaycan təmsilçiləri medal qazana bilməyiblər.