Temmi Abraham: “Ola bilsin ki, daha 10 il bu klubda çıxış edim”

15:43 1 Aprel 2023

“Roma”nın hücumçusu Temmi Abraham gələcək karyerası haqda danışıb.

 

Sportarena.az “FourFourTwo”-ya istinadən xəbər verir ki, o, hazırda bütün diqqətini İtaliya klubunun heyətində keçirəcəyi matçlara yönəltdiyini deyib:

“Gərək, heç vaxt heç vaxt deməyəsən. Hazırda bütün diqqətimi “Roma”da keçirəcəyim oyunlara yönəltmişəm. Başqa heç bir şey düşünmürəm.

Ola bilsin ki, daha 10 il bu klubda çıxış edim. Bəlkə də, yox. Gələcəkdə nələrin baş verəcəyini heç vaxt bilə bilmərik”.

 

Öncədən futbolçu ilə “Çelsi”nin və “Mançester Yunayted”in maraqlandığı bildirilirdi.

 

25 yaşlı Abraham cari mövsümdə “canavarlar”ın heyətində 38 oyuna çıxıb, 7 qol vurub və 6 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 2026-cı ilin yayına qədərdir.


Digər xəbərlər

Xəbər xətti