"İnter"in forvardı Edin Dzeko karyerasını Türkiyədə davam etdirməyə yaxındır.
Sportarena.az "Fanatik"ə istinadən xəbər verir ki, bosniyalı hücumçu "Qalatasaray" və "Fənərbaxça"ya təklif edilib.
Milan təmsilçisi ilə müqaviləsi mövsümün sonunda başa çatacaq təcrübəli hücumçu İstanbul nəhəngləri arasında seçim edəcək.
"Nerazzura" rəhbərliyi də 37 yaşlı hücumçuya yeni müqavilə təklif edib. Dzeko isə Türkiyədə oynamaqda israrlıdır.