"Napoli"nin aparıcı üzvü "Milan"la matçda meydana çıxmayacaq

18:53 1 Aprel 2023

İtaliya A Seriyasının 28-ci turunda "Milan"la qarşılaşacaq "Napoli" matça ciddi itki ilə çıxacaq.

 

Sportarena.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, hazırda A seriyasının lideri olan neapollular Viktor Osimhenin xidmətindən istifadə edə bilməyəcək.

 

Nigeriyalı hücumçunun əzələsində problem yarandığı üçün bir neçə həftə meydanda olmayacaq.

 

Osimhen hazırda 21 qolla çempionatın bombardiridir.

 

"Napoli" - "Milan" matçı sabah Bakı vaxtı ilə 22:45-də başlanacaq.


Digər xəbərlər

Xəbər xətti