Xavidən Fatinin atasının cavab: "Onun uğur qazanmasını istəyən birinci mənəm"

19:46 1 Aprel 2023

“Barselona”nın baş məşqçisi Xavi komandanın hücumçusu Ansu Fatinin atası Bori Fatinin sözlərinə münasibət bildirib.

 

Sportaren.az “Goal”-a istinadən xəbər verir ki, Xavi, Ansunun qayğısına qaldığını deyib:

“Ansu Fati sakit və diqqətlidir. Mən yalnız onun qayğısına qalıram, atası və ya ətrafı yox. O, oğlu üçün narahatdır, mən də onu başa düşürəm. Ansuya tam güvənirəm. Onunla dəfələrlə danışmışam, dəfələrlə görüşmüşəm, eləcə də bir çox başqa futbolçularla. Onun uğur qazanmasını istəyən birinci mənəm”.

 

Qeyd edək ki, hücumçunun atası oğlunun komandadakı rolundan narazı olduğunu bildirmişdi.


Digər xəbərlər

Xəbər xətti