UEFA, Avropa Super Liqa layihəsində iştirakdan imtina müqabilində maliyyə maxinasiyalarına görə problemləri olan “Yuventus”a kömək etməyə hazırdır.
Sportarena.az “La Gazzetta dello Sport”-a istinadən xəbər verir ki, UEFA-nın rəhbəri Aleksander Çeferin Avropa İttifaqı məhkəməsinin qərarına qədər Super Liqa ideyasından imtina edərsə, Turin klubuna kömək edəcəyinə söz verib.
Hazırda prokurorluq “Yuventus”un maliyyə fırıldaqları ilə bağlı araşdırmaları davam etdirir. Komandanın artıq A Seriyasında 15 xalı silinib.
2021-ci ilin aprelində “Mançester Yunayted”, “Mançester Siti”, “Arsenal”, “Liverpul”, “Tottenhem”, “Çelsi”, “Real”, “Barselona”, “Atletiko”, “Yuventus”, “Milan” və “İnter” klubları Avropa Super Liqasını yaratdıqlarını açıqlayıblar. Lakin sonradan “Real”, “Barselona” və “Yuventus”dan başqa, digər klublar turnirdən imtina ediblər.