"Sabah" Azərbaycan Premyer Liqasının 28-ci turunda öz meydanında "Qəbələ"ni qəbul edəcək.
Sportarena.az xəbər verir ki, Masazır təmsilçisi bu qarşılaşmaya itkilərlə çıxacaq. Müdafiəçi Amin Seydiyevlə yarımmüdafiəçi Ceyhun Nuriyev cəzalıdır. 27-ci turun "Zirə" ilə matçında 4-cü dəfə sarı vərəqə görən futbolçular cəzalı duruma düşüblər.
Qeyd edək ki, "Sabah" - "Qəbələ" oyunu bu gün saat 18:00-da "Bank Respublika Arena"da keçiriləcək.