PSJ Lukaku üçün təklif göndərəcək

14:14 2 Aprel 2023

“İnter”in hücumçusu Romelu Lukaku karyerasını Fransada davam etdirə bilər.

 

Sportarena.az “Ekip” nəşrinə istinadən xəbər verir ki, PSJ Lukaku üçün təklif göndərməyə hazırdır.

 

29 yaşlı belçikalı futbolçunun transfer hüquqları “Çelsi”yə məxsusdur. Onun London klubu ilə hazırkı müqaviləsi 2026-cı ilə qədərdir.

 

Lukaku cari mövsümdə Milan təmsilçisinin heyətində bütün turnirlər daxil olmaqla 19 oyuna çıxıb, 5 qol vurub və 1 məhsuldar ötürmə edib.


Digər xəbərlər

Xəbər xətti