Simone İnzaqi: “Azarkeşlərimiz buna layiq deyil”

15:22 2 Aprel 2023

“İnter”in baş məşqçisi Simone İnzaqi İtaliya A Seriyasının 28-ci turunun “Fiorentina” ilə görüşünü (0:1) dəyərləndirib.

 

Sportarena.az “fcinter1908.it”-ə istinadən xəbər verir ki, o, komandasının üç oyundur qol vura bilmədiyini diqqətə çatdırıb:

“Artıq üç oyundur ki, qol vura bilmirik. Bu, bizi sevindirə bilməz. Öz meydanımızda iki oyunda məğlub olduq. Azarkeşlərimiz buna layiq deyil. Daha nə deyə bilərəm?

Aqressiv oynamaq lazımdır. Lakin bu, təkcə hücumçulara yox, bütün komandaya aiddir. Futbolçularımın meydanda əllərindən gələni etməsi ilə bağlı heç bir şikayətim yoxdur”.


Digər xəbərlər

Xəbər xətti