“Barselona”nın baş məşqçisi Xavi İspaniya La Liqasının 27-ci turunun “Elçi” ilə matçından sonra (4:0) açıqlama verib.
Sportarena.az “Marca”-ya istinadən xəbər verir ki, o, xoşbəxt və komandasından razı olduğunu bildirib:
“Xoşbəxtəm. Bu gün keçirdiyimiz oyunda əsas heyətdə yer almayan futbolçulara şans verdik və onlar çox yüksək səviyyəli futbol nümayiş etdirdilər. Bu, əsl komandadır. Gözəl qələbə qazandıq. Komandamdan çox razıyam.
Doğrusu, Erik Qarsiyanı meydanın mərkəzində oynatmaq ideyası idman direktorumuz Jordi Kroyffdan gəldi. O, keçən ildən bəri bunu mənə deyirdi. Fikirləşdik və ortaq qərar verdik. Erik əla oynadı”.