"Aşağı pillələrdə gərginlik var".
Sportarena.az xəbər verir ki, bunu "Şamaxı"nın baş məşqçisi Vüqar Əsgərli "Qarabağ"a 0:1 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XXVIII tur matçından sonra mətbuat konfransında deyib.
39 yaşlı mütəxəssis qarşıdakı qarşılaşmalarda rəqibin kimliyindən asılı olmayaraq xal qazanmağa çalışacaqlarını bildirib:
"Sonuncu yerlə xal fərqimiz azdır. Futbolçular bu gün verilən tapşırığı layiqincə yerinə yetirdilər. Növbəti qarşılaşmalarda əzmkarlıq göstərərək qələbələr qazanmalıyıq".