Rusiya Premyer Liqasında 21-ci turun oyunları keçirilir.
Sportarena.az xəbər verir ki, "Qarabağ"ın sabiq futbolçusu Kadi Borgesin formasını geyindiyi "Krasnodar" səfərdə "Ximki"nin qonağı olub. Qarşılaşma qonaqların 6:0 hesablı qələbəsi ilə başa çatıb.
Kadi Borges də bu görüşün iştirakçısı olub. Braziliyalı yarımmüdafiəçi 46-cı dəqiqədə meydana buraxılıb. O, 63-cü dəqiqədə komandasının 4-cü qolunu vurub. Bu, Kadinin Rusiya çempionatında vurduğu 3-cü qol olub.
Xallarını 32-yə yüksəldən "Krasnodar" turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.