Argentina millisinin kapitanı Lionel Messi “PSJ”də qalmaq istəyir, lakin Paris klubunda maaşının azaldılmasına razı deyil.
Sportarena.az xəbər verir ki, bu barədə “Goal” məlumat yayıb.
Hücumçu klub rəhbərliyinə bildirib ki, PSJ ilə müqavilənin hazırkı müqavilədən daha pis maliyyə şərtləri ilə uzadılması variantını istisna edir.
Nəşrin yazdığına görə, Messinin məvacibini saxlamaq və ya artırmaq üçün “PSJ” maaş fondunu demək olar ki, 30% azaltmalı olacaq.
Xatırladaq ki, Messi 2021-ci ilin avqustunda PSJ-yə keçib. Ümumilikdə Messi bu mövsüm Fransa çempionatında 23 matçda 13 qol vurub və 13 məhsuldar ötürmə edib.