Baş hakim futbolçunu ayaqlarının arasından vurdu, yerə yıxdı - VİDEO

14:41 3 Aprel 2023

Baş hakim Fernando Hernandes Meksika çempionatının 13-cü turunun matçında “Leon”un futbolçusu Lukas Romeronu vurub.

 

Sportarena.az xəbər verir ki, “Amerika” – “Leon” (2:2) matçının epizodlarından birində Romero baş hakimə çox yaxınlaşıb. Bundan sonra hakim oyunçunun ayaqlarının arasına dizi ilə vurub. Romero vurulduqdan sonra yerə yıxılıb.

 

Oyundan sonra Hernandes baş verənlərə görə üzr istəyib:

 

“Dünən verdiyim reaksiyaya görə azarkeşlərdən və ictimaiyyətdən, eləcə də Lukas Romerodan üzr istəyirəm. Mən heç vaxt ona və ya başqa oyunçuya hücum etməzdim. Liqanın intizam komissiyasının çıxaracağı cəzanı qəbul edəcəm”.

 

Bildirilir ki, hakim pul cəriməsi də daxil olmaqla, 1 oyundan 15 matçadək diskvalifikasiya oluna bilər.


Digər xəbərlər

Xəbər xətti