“Çelsi”dən qovuldu, dərhal yeni “müştəri”si çıxdı

15:46 3 Aprel 2023

“Çelsi”nin keçmiş baş məşqçisi Qrem Potter “Lester”in “sükanı arxasına” keçə bilər.

 

Sportarena.az xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.

 

Məlumatda bildirilir ki, klub rəhbərliyi London komandasından qovulduqdan sonra Potterlə görüşməyi planlaşdırır. “Tülkülər” mövsümün sonunda Premyer Liqada qala bilsə, Potter komandaya başçılıq etmək üçün əsas namizəd olacaq.

 

2019-cu ildən “Lester”in “sükanı arxasında” olan Brendan Rocers uğursuz nəticələrə görə klubu tərk edib.


Digər xəbərlər

Xəbər xətti