“Barselona”nın yarımmüdafiəçisi Rafinya yenidən İngiltərəyə qayıda bilər.
Sportarena.az “Football Insider”-ə istinadən xəbər verir ki, “Arsenal” 26 yaşlı futbolçunun xidmətində maraqlıdır. “Çelsi” və “Nyukasl” da oyunçunun keçidini reallaşdırmaqda israrlıdır.
Rafinya cari mövsümdə Kataloniya təmsilçisinin heyətində 38 oyuna çıxıb, 9 qol vurub və eyni sayda məhsuldar ötürmə edib.
Xatırladaq ki, braziliyalı futbolçu 2020-2022-ci illərdə Premyer Liqa təmsilçisi “Lids”də çıxış edib.