Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) bütün zamanların rəmzi komandasını açıqlayıb.
Sportarena.az IFFHS-in rəsmi saytına istinadən xəbər verir ki, siyahıda müasir futbolun əfsanələri Lionel Messi ilə Kriştianu Ronaldu da yer alıblar.
Bütün dövrlərin ən yaxşı "11-liy"inə aşağıdakı oyunçuların adları daxil edilib:
Qapıçı: Lev Yaşin (SSRİ)
Müdafiəçilər: Kafu (Braziliya), Frants Bekkenbauer (Almaniya), Franko Barezi, Paulo Maldini (hər ikisi İtaliya)
Yarımmüdafiəçilər: Dieqo Maradona (Argentina), Xavi Ernandes (İspaniya), Yohan Kroyf (Niderland)
Hücumçular: Lionel Messi (Argentina), Kriştiano Ronaldo (Portuqaliya), Pele (Braziliya)