“Torino” səfərdən 1 xalla döndü

09:24 4 Aprel 2023

İtaliya A Seriyasında 28-ci tura yekun vurulub.

 

Sportarena.az xəbər verir ki, bu gün daha 2 görüş baş tutub.

 

“Empoli” evdə “Leççe”ni tək qolla üstələyib. “Sassuolo” – “Torino” matçında isə qalib müəyyənləşməyib.

 

Hazırda 71 xala malik “Napoli” vahid liderdir. “Latsio” 55 xalla ikinci, “Milan” 51 xalla üçüncü pillədə qərarlaşıb. “İnter”lə “Roma”nın 50, “Atalanta”nın 48 xalı var. 15 xalı silinmiş “Yuventus” isə hazırda 44 xala malikdir.

 

İtaliya A Seriyası

28-ci tur

3 aprel

Empoli – Leççe 1:0

Qol: Kaputo, 62-pen.

 

Sassuolo – Torino 1:1

Qol: Pinamonti, 36 – Sanabriya, 66.


Digər xəbərlər

Xəbər xətti