Ekvadorun “İndependiente del Valle” klubunun yarımmüdafiəçisi Kendry Paez “Çelsi”yə keçəcək.
Sportarena.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, transferin ümumi məbləği bonuslarla birlikdə 20 milyon avroya çatacaq. Müqavilə qısa zamanda tamamlanacaq. 15 yaşlı ekvadorlu futbolçu 18 yaşı tamam olanda londonlulara qoşula biləcək.
Paez bu mövsüm klubunda keçirdiyi 3 oyunda 1 qola imza atıb. Bundan əlavə, o, Ekvadorun 17 yaşadək futbolçulardan ibarət yığmasında 7 oyunda 3 qol vurub.