Mahir Emreli: "Heç-heçə əldə etdiyimiz üçün sevinməliyik"

13:52 4 Aprel 2023

“Konyaspor”da çıxış edən Azərbaycan millisinin futbolçusu Mahir Emreli Türkiyə Super Liqasının 27-ci turunun “Ümraniyəspor”la matçından sonra (2:2) “Kon TV”-yə açıqlama verib.

 

Sportarena.az xəbər verir ki, o, qarşıdakı matçlarda qol vuracağına inandığını bildirib:

“Baş məşqçi hansı mövqedə şans versə, orada da oynayacam. Bu barədə mənimlə danışır, əsl mövqeyimin hücumçu olduğunu da bilir. Burada hansısa bəhanə axtarmamalıyıq. Ümid edirəm ki, növbəti qarşılaşmada bu səddi aşa biləcəyəm”.

 

Emreli “Ümraniyespor”la matçda qələbə qazanmaq istədiklərini diqqətə çatdırıb:

“Oyunun sonları daha yaxşı və bol qollu alındı. Səfərdən üç xalla qayıtmaq istəyirdik, amma qismət olmadı. Düşünürəm ki, ən azından son dəqiqə qolu ilə heç-heçə əldə etdiyimiz üçün sevinməliyik. Çünki milli komandaların oyunları ilə əlaqədar fasilədən sonra toparlanmaq komanda üçün çətin oldu. Bəzən belə çətinliklər ola bilər. Düşünürəm ki, növbəti görüşdə daha yaxşı oynayacağıq və üç xal qazanacağıq”.


Digər xəbərlər

Xəbər xətti