Almaniya klubunda baş məşqçi dəyişikliyi

15:54 4 Aprel 2023

Almaniya Bundesliqasında növbəti baş məşqçi istefası gerçəkləşib.

 

Sportarena.az xəbər verir ki, "Ştutqart" Bruno Labbadia ilə yollarını ayırıb. Bu barədə Bundesliqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 57 yaşlı almaniyalı mütəxəssis uğursuz nəticələrə görə istefaya göndərilib.

 

Bruno Labbadia ötən ilin dekabr ayından komandanın sükanı arxasında idi.

 

"Ştutqart"ın yeni baş məşqçisi də müəyyənləşib. Komandanı Sebastian Heness çalışdıracaq. Onunla 2025-ci ilin yayına kimi nəzərdə tutulan sözləşmə imzalanıb.

 

"Ştutqart" Bundesliqada 26 turdan sonra 20 xal toplayıb və turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti