PSJ rəhbərliyi baş məşqçi Kristofer Qalteyə iki oyunluq vaxt verib.
Sportarena.az xəbər verir ki, 57 yaşlı məşqçinin taleyi qarşıdakı oyunlardan asılı olacaq. Bu barədə “Ekip” nəşri məlumat yayıb.
Liqa 1-də çempionluq təhlükə altında olarsa, Qalte postundan uzaqlaşdırılacaq. Bu, baş verməsə belə, onun mövsümün sonunda qovulacağı gözlənilir.
PSJ aprelin 8-də “Nitsa”, növbəti həftə isə “Lans”la qarşılaşacaq.
Paris təmsilçisi hazırda Liqa 1-də 66 xalla liderdir. “Marsel” və “Lans” 60 xalla növbəti sıralarda qərarlaşıb