Premyer Liqamızda işləmiş məşqçi özünə yeni iş yeri tapdı

17:18 4 Aprel 2023

"Simurq"un sabiq çalışdırıcısı Sergey Yuran Rusiya Premyer Liqasında işləyəcək.

 

Sportarena.az xəbər verir ki, o, "Nijni Novqorod"la anlaşıb.

 

53 yaşlı məşqçi Azərbaycandan ayrıldıqdan sonra “Sibir”, “Baltika”, “Ximki”, “SKA-Xabarovsk” klublarını çalışdırmışdı.

 

“Nijni Novqorod” Rusiya Premyer Liqasında 16 komanda arasında 13-cü pillədədir.


Digər xəbərlər

Xəbər xətti