Ən çox Avropa çempionatında qol vuran futbolçular - SİYAHI

18:52 4 Aprel 2023

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) Avropa çempionatlarının ən çox mövsümündə qol vuran futbolçuları açıqlayıb.

 

Sportarena.az qurumun saytına istinadən xəbər verir ki, siyahıya Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldu başçılıq edir.

 

38 yaşlı forvard AVRO-2024-ün seçmə mərhələsində fərqlənməklə, 6-cı dəfə qitə birinciliyinin təsnifat və ya final mərhələsində qol vuraraq, yeni rekorda imza atıb. Onu finlandiyalı Yari Litmanen və irlandiyalı Robbi Kin 5 qitə birinciliyində fərqlənərək izləyirlər.

 

    Futbolçu                       

   Ölkəsi              

   Vurduğu qollar (seçmə mərhələ + final mərhələsi)                                

   Kriştiano Ronaldo

   Portuqaliya

   2004 (0+2), 2008 (8+1), 2012 (7+3), 2016 (5+3), 2020 (11+5), 2024 (4+0)  

   Yari Litmanen

   Finlandiya

   1992 (1+0), 1996 (4+0), 2000 (1+0), 2008 (3+0), 2012 (1+0)

   Robbi Kin

   İrlandiya

   2000 (5+0), 2004 (2+0), 2008 (4+0), 2012 (7+0), 2016 (5+0)


Digər xəbərlər

Xəbər xətti