Messi Parisdə qalmayacaq

20:47 4 Aprel 2023

Mövsümün sonunda PSJ ilə müqaviləsi başa çatan Lionel Messi gələcəyi ilə bağlı qərarı verib.

 

Sportarena.az xəbər verir ki, Liqa 1-in "Lion"la matçında (0:1) azarkeşlərin fitə basdığı argentinalı ulduz klubda qalmayacaq. Bu barədə "L'Équipe" nəşri məlumat yayıb. 35 yaşlı hücumçu karyerasına Parisdə davam etməyəcək.

 

Qeyd edək ki, Lionel Messi 2021-ci ilin yayından PSJ-də çıxış edir. O, Fransa klubunun heyətində meydana çıxdığı 67 rəsmi matçda 29 qol və 32 məhsuldar ötürmə ilə yadda qalıb.


Digər xəbərlər

Xəbər xətti