"Fənərbaxça" rəhbərliyi Jorje Jesusla bağlı qərar verdi

21:20 4 Aprel 2023

Türkiyənin "Fənərbaxça" klubu baş məşqçi Jorje Jesusla bağlı qərar qəbul edib.

 

Sportarena.az xəbər verir ki, bu gün İstanbul təmsilçisinin prezidenti Ali Koçla portuqaliyalı mütəxəssis arasında görüş baş tutub. Tərəflər müzakirələrdən sonra yola davam etmək barədə ortaq məxrəcə gəliblər. Jesus 6 aprel tarixində Türkiyə Kuboku çərçivəsində "Kayserispor"la matçda komandanın "sükan"ı arxasında olacaq.

 

Qeyd edək ki, Jorje Jesus mövsümün əvvəlində "Fənərbaxça"nın baş məşqçisi təyin olunub. "Sarı-lacivərtlilər" Super Liqada 27 turdan sonra 54 xalla ikinci pillədə qərarlaşıb. "Kanarya" lider "Qalatasaray"dan 9 xal geri qalır. "Fənərbaxça" 2 gün əvvəl Super Liqada doğma meydanda "Beşiktaş"a 2:4 hesabı ilə məğlub olub.


Digər xəbərlər

Xəbər xətti