"Mançester Siti" "Barselona"nın futbolçusunu istəyir

22:16 4 Aprel 2023

"Barselona"nın futbolçusu Ansu fati karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

 

Sportarena.az xəbər verir ki, 20 yaşlı hücumçunun xidmətində "Mançester Siti" maraqlıdır. Bu barədə "Football Insider" məlumat yayıb. "Şəhərlilər" Kataloniya təmsilçisinin əsas heyətində az şans qazanan gənc oyunçu üçün yayda danışıqlara başlayacaq.

 

Qeyd edək ki, Ansu Fati "Barselona"nın yetirməsidir. İspaniya millisinin üzvü cari mövsümdə komandanın heyətində meydana çıxdığı 39 matçda 7 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2027-ci ilin yayına kimidir.


Digər xəbərlər

Xəbər xətti