İngiltərənin "Fulhem" komandasının futbolçusu Aleksandar Mitroviç cəzalanıb.
Sportarena.az xəbər verir ki, buna serbiyalı hücumçunun İngiltərə Kubokunun 1/4 final mərhələsində "Mançester Yunayted"ə 1:3 hesabı ilə uduzduqları səfər oyunundakı davranışı səbəb olub.
Matçın referisi Kris Kavananın qərarlarından narazı qaldığı üçün onu itələyən 29 yaşlı forvarda 8 oyunluq cəza verilib.
Qonaqların baş məşqçisi Marko Silva isə qarşıdakı 2 görüşdə texniki zonada yer almayacaq.