Türkiyə kubokunda 1/4 final mərhələsinə start verilib.
Sportarena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
“Trabzonspor” səfərdə “Ankaragücü” ilə qarşılaşıb. Dörd qolun qeydə alındığı matçdan inamlı qələbə ilə ayrılan paytaxt təmsilçisi yarımfinala vəsiqə qazanıb.
“Sivasspor” isə oynamadan yarımfinala yüksəlib. Çünki bu komandanın rəqibi olan “Qaziantep” Türkiyədəki dəhşətli zəlzələdən sonra bu mövsüm oynamayacağını açıqlayıb.
Türkiyə kuboku
1/4 final
4 aprel
Sivasspor – Qaziantep +:-
Ankaragücü – Trabzonspor 3:1
Qol: Sou, 51; 83. Diak, 68 – A.Ömür, 22.