“Napoli”nin prezidenti "Özünüzü “Napoli”nin bir parçası kimi hiss etmirsizsə, başqa yerə getməlisiz"

13:17 5 Aprel 2023

“Napoli”nin prezidenti Aurelio De Laurentis neapolluların heyətinin formalaşdırılması siyasətindən və gürcüstanlı futbolçu Xviça Kvaratsxeliyanın komandadakı gələcəyindən danışıb.

 

Sportarena.az “Corriere dello Sport”-a istinadən xəbər verir ki, klub rəhbəri Kvaratsxeliyanın yayda “Napoli” ilə 5 illik müqavilə imzaladığını bildirib:

“Transfer bazarının necə işlədiyini bildiyimizi nəzərə alsaq, “qara qoyun”u çıxarmaq bizim üçün çətin deyil. Hətta müqavilənin sonunda istənilən şəxsi azad edə bilərik. Özünüzü “Napoli”nin bir parçası kimi hiss etmirsizsə, başqa yerə getməlisiz.

İndi biz komandanı çox yeniləmişik. Gənclərimiz anladılar ki, komanda olaraq birləşiblər.

Kvaratsxeliya? Yayda o, zatən bizimlə beş illik müqavilə imzalayıb”.


Digər xəbərlər

Xəbər xətti