"Çelsi"dən antirekord

12:17 5 Aprel 2023

London "Çelsi"si İngiltərə Premyer Liqasının 29 turundan sonra cəmi 29 qol vurub.

 

Sportraena.az xəbər verir ki, bu, 1921/1922 və 1923/1924 mövsümlərindən sonra ən pis nəticədir. Həmin vaxt “aristokratlar” müvafiq olaraq 23 və 16 dəfə fərqləniblər.

 

Beləliklə, aprelin 4-də İngiltərə çempionatının səkkizinci turunun təxirə salınmış oyununda "Liverpul"la heç-heçə edən (0:0) londonlular son 99 ilin antirekorduna imza atıblar.

 

Ümumilikdə, keçmiş baş məşqçi Qrem Potterin rəhbərlik etdiyi “Çelsi” Premyer Liqada tarixən zəif nəticə göstərib.

 

Londonlular ingilis mütəxəssisin rəhbərliyi altında hər oyuna orta hesabla 1,27 xal toplayıblar. Premyer Liqada ən azı 20 oyunda komandaya rəhbərlik etmiş bütün menecerlər arasında bu, ən aşağı göstəricidir. Bütün turnirlərdə keçirilən 31 matçdan Potterin komandası yalnız 39%-ni qazanıb.

 

Daha əvvəl "Çelsi" onun istefaya göndərildiyini açıqlayıb.

 

Bundan əlavə, "Çelsi" UEFA Çempionlar Liqasının 1/4 finalında "Real Madrid"lə qarşılaşacaq. İlk oyun aprelin 12-də, cavab qarşılaşması 18 apreldə baş tutacaq.


Digər xəbərlər

Xəbər xətti