“Trabzonspor”a yenicə baş məşqçi təyin oluna Orhan Ak istefa verib.
Sportarena.az xəbər verir ki, o, Türkiyə kubokunun 1/4 final mərhələsində baş tutan “Ankaragücü” ilə matçdan sonra postundan ayrıldığını açıqlayıb.
Buna komandanın 1:3 hesablı məğlubiyyətlə üzləşərək kubokda mübarizəni dayandırması səbəb olub.
Xatırladaq ki, Ak, bir neçə həftə öncə istefa verən Abdullah Avcıdan sonra müvəqqəti olaraq onun səlahiyyətlərini yerinə yetirməyə başlamışdı. Lakin onun rəhbərliyi altındakı ilk oyunun qələbə ilə yekunlaşması klubun idarə heyətini ümidləndirmişdi. Nəticədə onlar Akın bu mövsümün sonunadək baş məşqçi təyin olunmasına qərar vermişdilər.
Orhan Ak bu komandanı cəmi 3 matça çıxarıb. Trabzon təmsilçisi bu görüşlərdə 1 qələbə qazanıb və 2 məğlubiyyətə üzülüb.
“Trabzonspor” bu mövsüm Super Liqada 44 xalla 5-cidir.