Rusiyanın “Ximki” klubunda forma geyinən Ayaz Quliyev karyerasını Azərbaycanda davam etdirə bilər.
Sportarena.az xəbər verir ki, azərbaycanlı yarımmüdafiəçinin komandası hazırda Rusiya Premyer Liqasında autsayderlər arasında yer alıb və mövsümün sonunda elitanı tərk edəcək iki əsas namizəddən biridir.
“Ximki” birinci diviziona düşəcəyi təqdirdə, Quliyevin Azərbaycan klublarından birinə keçəcəyi ehtimal olunur. Futbolçunun Rusiyada qalmaq istəmədiyini deyilir.
Quliyevin xidmətində “Neftçi”nin və tarixində ilk dəfə avrokuboklara vəsiqə qazanan “Sabah”ın maraqlı olduğu bildirilir.