PSJ Zidanla danışıqlara başladı

14:57 5 Aprel 2023

PSJ yeni baş məşqçi axtarışına çıxıb.

 

Sportarena.az "RMC Sport"a istinadən xəbər verir ki, Paris klubunun rəhbərliyi Kristof Qaltye ilə əməkdaşlığı davam etdirməyi planlaşdırmır.

 

Klub yekdilliklə Zinəddin Zidanı baş məşqçi postuna namizəd hesab edir.

 

Rəhbərlik Yulian Naqelsmann namizədini də nəzərdən keçirir. Amma PSJ rəhbərliyi Zidan üçün hərəkətə keçib. 50 yaşlı mütəxəssis 2019-2021-ci illərdə “Real”a rəhbərlik edib.


Digər xəbərlər

Xəbər xətti