“Səhvlərdən dərs çıxarmaq lazımdır” - Alleqri

16:07 5 Aprel 2023

“Yuventus”un baş məşqçisi Massimiliano Alleqri İtaliya kubokunun yarımfinal mərhələsinin “İnter”lə qarşılaşmasını (1:1) şərh edib.

 

Sportarena.az “Sport Mediaset”-ə istinadən xəbər verir ki, o, matçın bərabər mübarizə şəraitində keçdiyini deyib:

“Nəticə məyusedici olsa da, oyun bərabər mübarizə şəraitində keçdi. Elə bu səbəbdən heç-heçənin olması təbiidir. Hər iki komandanın şansları var idi.

Müsbət cəhət odur ki, futbolçularım hesab bərabərləşəndən sonra geri çəkilmədilər. Səhvlərdən dərs çıxarmaq lazımdır. İlk hissədə çox yavaş hərəkət edirdik. Fasilədən sonra fəallaşdıq”.

 

Qeyd edək ki, “İnter” – “Yuventus” cütünün cavab qarşılaşması aprelin 26-da keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti