Kay Haverts: “Çelsi” 11-ci yerə layiq deyil”

16:58 5 Aprel 2023

Almaniyalı futbolçu Kay Haverts “Çelsi”nin hazırkı durumundan danışıb.

 

Sportarena.az “BBC Sport”-a istinadən xəbər verir ki, o, keçmiş baş məşqçi Qrem Potterin istefaya göndərilməsindən də söz açıb:

“Danışmaq çətindir. Baş məşqçi postunu tərk edəndə belə olur. Asan deyil. Bizim işimiz qalib gəlməkdir. Məşqçi işdən azad ediləndə biz də məsuliyyət sahibi oluruq. Olanları qəbul etməliyik.

“Çelsi” 11-ci yerə layiq deyil. Komandada hamı bir olmalıdır. UEFA Çempionlar Liqasının 1/4 finalındayıq. Özümüzə güvənməliyik. Hazırda Avropanın ən yaxşı səkkiz kollektivi arasında biz də varıq”.

 

Qeyd edək ki, London təmsilçisi hazırda İngiltərə Premyer Liqasının turnir cədvəlində 39 xalla 11-ci pillədədir.


Digər xəbərlər

Xəbər xətti