Aleksander Çeferin yenidən UEFA prezidenti seçilib.
Sportarena.az xəbər verir ki, 56 yaşlı sloveniyalı futbol adamı bu posta yeganə namizəd olub.
O, Portuqaliyanın paytaxtı Lissabonda keçirilən UEFA-nın konqresində 4 illik müddətə yenidən seçilib.
Çeferin 2016-cı ildən Avropa futbol qurumunun rəhbəridir.