Bu gün İspaniya kubokunun yarımfinal mərhələsinin cavab oyununda “Barselona” “Real”la qarşılaşacaq.
Sportarena.az xəbər verir ki, hər iki komanda “el-klasiko”ya itkilərlə çıxacaq.
“Barselona” müdafiəçi Andreas Kristensen, yarımmüdafiəçilər Pedri, Frenki de Yonq və cinah oyunçusu Osman Dembeledən “el-klasiko”da yararlana bilməyəcək. Onların hamısı oyunöncəsi məşqi buraxıblar.
“Real”dan isə yalnız müdafiəçi Ferlan Mendi meydana çıxa bilməyəcək.
“Kamp Nou”da keçiriləcək oyun saat 23:00-da başlayacaq. İlk oyun kataloniyalıların 1:0 hesablı qələbəsi ilə başa çatıb.