Milner Lempardı geridə qoydu

23:21 5 Aprel 2023

“Liverpul”un yarımmüdafiəçisi Ceyms Milner İngiltərə Premyer Liqasında keçirdiyi oyun sayına görə 3-cü pilləyə yüksəlib.

 

Sportarena.az xəbər verir ki, 37 yaşlı futbolçu buna Premyer Liqanın 8-ci turundan təxirə salınmış “Liverpul”la oyunda (0:0) meydana çıxmaqla nail olub.

 

Bu görüş Milnerin 610-cu çempionat matçı kimi yadda qalıb. Nəticədə, Ceyms Frenk Lempardı (609) geridə qoyub.

 

İngiltərə çempionatında ən çox oynayanların siyahısında “Aston Villa”, “Everton”, “Mançester Siti” kimi klublarda top qovmuş Qaret Barri (653) 1-ci, “Mançester Yunayted”in sabiq üzvü Rayan Giqqz (632) 2-ci yerdə qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti