İspaniya kubokunun yarımfinal mərhələsinin cavab oyununda "Real Madrid" "Barselona"nı darmadağın edib.
Sportarena.az xəbər verir ki, Barselonada, “Kamp Nou” stadionunda keçirilən oyun 4:0 hesabı ilə paytaxt təmsilçisinin xeyrinə başa çatıb.
Fransalı hücumçu Kərim Benzema son görüşdə 50, 58 (penalti) və 81-ci dəqiqələrdə qol vuraraq het-trik edib. Vinisius Junior birinci hissənin sonunda Kataloniya qapısına daha bir top göndərib.
Martın 2-də Madriddə keçirilən ilk yarımfinal oyunu “Barselona”nın 1:0 hesablı qələbəsi ilə başa çatıb. İki görüşün cəminə əsasən, "Real Madrid" turnirin həlledici mərhələsinə vəsiqə sahibi olub.
Finalda Madrid klubu yarımfinalda "Atletik Bilbao"nu məğlub edən "Osasuna" ilə qarşılaşacaq.